Xəbəri Kokpitdə Oxuyun!

Mercedes iş qrafikini açıqlayıb

Mercedes komandası 11–13 fevral tarixlərində keçiriləcək Bəhreyn testləri üçün iş qrafikini açıqlayıb.

Testlərin hər üç günündə W17 bolidində iki pilot çalışacaq. Çərşənbə günü ilk olaraq sükan arxasına Corc Rassell keçəcək, onu günün ikinci yarısında isə onu Kimi Antonelli əvəz edəcək. Cümə axşamı qrafik tərsinə olacaq – səhər sessiyasına Antonelli başlayacaq, günortadan sonra isə sükan arxasına yenidən Rassell qayıdacaq.

Cümə günü Mercedes testlərin ilk gününün qrafikini təkrarlayacaq – səhər sessiyasına Corc başlayacaq, iş gününü isə Kimi yekunlaşdıracaq.

Rauf Hacıyev

Şərh əlavə et