Kokpit.az xatırladır ki, yeni mövsümdən etibarən bolidlərin eni 10 santimetr, uzunluğu isə 20 santimetr azaldılacaq.
Lando Norris: “Yeni maşın idarəetmə baxımından Formula 2-yə oxşayır. Hələlik bunun xoşuma gəlib-gəlmədiyini bilmirəm.
Barselonada artıq maşını necə idarə etmək lazım olduğu ilə bağlı çox şeyi anlamışıq. Amma orada geniş döngələrdən, üçüncü-dördüncü ötürmələrdə keçilən hissələrdən danışırıq. Şəhər traslarına ya da daha nahamar və yavaş traslara çıxanda isə bir çox suallara cavab axtarmaq lazım olacaq.
Düşünürəm ki, Bəhreyndə bu sualların bir qisminə cavab tapmış olacağıq. Hələ öyrənməli çox şey var, ancaq həm özümə, həm də komandaya güvənirəm. Qarşımızda öyrənmə qrafiki dayanıb. Hamı da olduğu kimi…”




Şərh əlavə et