İtaliya təmsilçisi hesab edir ki, FIA Mercedes mühərriklərini qanuni sayacaq baxmayaraq ki, onların sıxılma dərəcəsi 18:1-ə qədər çatıb, halbuki qaydalarda maksimum hədd 16:1 olaraq müəyyənləşdirilib. Hiylə ondadır ki, bu yüksək sıxılma yalnız iş rejimində, istifadə olunan materialların istilik genişlənməsi hesabına əldə olunur. Mühərrik söndürülmüş vəziyyətdə texniki yoxlamalar zamanı isə sıxılma dərəcəsi qaydalara uyğun göstəricilərə düşür.
Leo Turini yazıb: “Ferrari-də hesab edirlər ki, “nəcib” FIA istənilən halda formal əsas taparaq, Mercedes-in və Toto Volffun tərəfini saxlayacaq, hətta bunun üçün dolaşıq və inandırıcı olmayan izahlar vermək lazım gəlsə belə. Bu hekayənin “siyasi” tərəfi başqa səviyyədə həll olunduğundan və nəticənin Ferrari üçün əlverişsiz olacağı güman edildiyindən, Maranelloda bir neçə qərar qəbul edilib.
Birincisi. Mühəndis Gvaltyerinin rəhbərlik etdiyi komanda (yeri gəlmişkən, çox yaxşı insandır) 2027-ci il üçün nəzərdə tutulan mühərriyin hazırlanmasına başlayıb və layihəyə dinamik sıxılma əmsalı yaradacaq ciddi dəyişikliklər daxil edilib.
İkincisi. Rəhbərlik bu layihəyə yaşıl işıq yandırıb, çünki Tombazisin dövründə FIA-nın Mercedes-in bu “sehirbazlığını” heç bir nəticə olmadan tam qanuni sayacağına əmindirlər.
Üçüncüsü. Ferrari hazırda dinamik sıxılma əmsalını şatun üzərində dəyişiklik etməklə yaratmağı hədəfləyib — bu detal yenidən şirkət daxilində istehsal olunmalıdır. Şatun elə materialdan hazırlanmalıdır ki, yüksək istilik genişlənmə əmsalı hesabına qızdıqda uzansın və bununla sıxılma dərəcəsinin azalmasını kompensasiya etsin.
Dördüncüsü. Məlumatıma görə, ən ideal ssenaridə belə yeni həll 2026-cı ilin yayından tez stend sınaqlarına çıxarılmayacaq, çünki istehsal müddətləri buna imkan vermir. Yəni hər şey ilk cəhddə uğurlu alınsa belə, Ferrari yenilənmiş mühərriyi trasda yalnız 2027-ci ildə istifadə edə biləcək.
Bəs Mercedes-in bu tapıntısı hazırda real olaraq nə qədər üstünlük verir? Cavab – 5-dən 10 at gücünə qədər. Böyük fərq deyil, amma yenə də üstünlükdür. Və diqqət!
Tutaq ki, Volffun komandası Barselona testlərində bu hiyləni maksimum səviyyədə istifadə etməyib və yaxın zamanda Bəhreyndə də etməyəcək. Bu, axmaq addım deyil — onlar güc artımını bilərəkdən gizlədir, rəqiblərə ADUO adlı sirli proqramdan faydalanmaq imkanı vermirlər. Və nəticədə salam 2027-ci ilə.
Sanki söhbət Formula 1-dən gedir, amma əslində hər şey Aqata Kristinin detektiv romanını xatırladır. Ya da Kristian De Sikanın filmlərindən birini…”




Şərh əlavə et