Xəbəri Kokpitdə Oxuyun!

Williams çəkiliş günü edib

2026-cı il bolidini hamıdan sonra hazırlayan Williams Silverstoun trasında çəkiliş günü edib.

Williams komandası 2026-cı il üçün hazırlanan yeni maşının istehsal prosesində yaranmış problemlərə görə ötən həftə Barselonadakı testləri buraxıb. Bunun səbəbi isə FW48-in ilk cəhddə FIA-nın məcburi krəş-testlərindən keçə bilməməsi olub.

Həftənin ikinci gübü komanda FW48-in rəsmi renderlərini yayımlayıb, dünən isə yeni maşın ilk dəfə trasda sınaqdan keçirilib. Williams bildirib ki, Silverstoundakı çəkiliş günü uğurla həyata keçirilib və Aleks Elbonun xüsusi test rəng çalarınds yeni maşının sükanı arxasında olduğu foto paylaşılıb.

Williams-ın mətbuat xidməti şəkli qısa şərhlə müşayiət edib: “Yeni era başlayır. Bu gün FW48 Silverstounda çəkiliş günü keçirib”.

Rauf Hacıyev

Şərh əlavə et