Xəbəri Kokpitdə Oxuyun!

Williams yeni tərəfdaş tapıb

Süni intellekt texnologiyaları üzrə fəaliyyət göstərən Anthropic şirkəti Williams komandasının yeni tərəfdaşı olub.

Şirkətin məhsulu olan Claude assistenti yarış strategiyasının planlaşdırılması və icrası, bolidlərin hazırlanması, eləcə də əməliyyat fəaliyyətində strateqlərə və analitiklərə kömək məqsədilə komandaya inteqrasiya ediləcək.

Komanda rəhbəri Ceyms Vavlz: “Anthropic şirkətini komandamızda, Claude-u isə rəsmi analitika tərəfdaşımız kimi salamlamaqdan məmnunuq.

Bu tərəfdaşlıq istedadlı insanları qabaqcıl modellərlə bir araya gətirməklə nələrə nail olmağın mümkünlüyünü nümayiş etdirəcək. Əməkdaşlığın başlanmasını səbirsizliklə gözləyirik”.

Rauf Hacıyev

Şərh əlavə et