C.Duhən Haas-ın ehtiyat pilotudur

C.Duhən Haas-ın ehtiyat pilotudur
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Cek Duhən qarşıdakı mövsümdə Haas komandasının Ryo Hirakava ilə birlikdə iki ehtiyat pilotundan biri olacaq.

Avstraliyalı sürücü son bir neçə il Alpine ilə əməkdaşlıq edib. O, 2024 və 2025-ci illərdə komanda heyətində ümumilikdə yeddi Qran Priyə çıxıb, lakin onun nəticələri Enstoundakı komanda rəhbərliyini qane etməyib və o, mövsüm ərzində Franko Kolapinto ilə əvəzlənib.

Keçən ay Alpine 23 yaşlı pilotla əməkdaşlığın dayandırıldığını açıqlayıb. Cek Duhən 2026-cı ildə Yaponiyanın Super Formula seriyasında çıxış etməyi planlaşdırıb, lakin müqavilə üzrə razılıq əldə olunmayıb.

Cek Duhən Formula 1-dəki karyerasını davam etdirməyə ümid edir və Haas-ı bunun üçün “ideal yer” adlandırıb.

Komandanın rəhbəri Ayo Komatsu əlavə edib: “Formada qalmaq və starta hazır olmaq üçün tələb olunan fədakarlıqla yanaşı, komandanın necə işlədiyini öyrənmək istənilən pilot üçün çağırışdır – xüsusilə də açıq şəkildə yenidən bu səviyyədə yarışmaq istəyən biri üçün”.

Bunları da oxuyun

Şərh əlavə et