Xəbəri Kokpitdə Oxuyun!

C.Batton Aston Martin-in səfiri olub

2009-cu ilin Formula 1 üzrə Dünya Çempionu Censon Batton Aston Martin Aramco komandasının rəsmi səfiri olub.

Çoxillik tərəfdaşlıq çərçivəsində o, komandanın media, tərəfdaşlıq və kommersiya proqramlarını dəstəkləyəcək, qlobal tədbirlərdə, tərəfdaş layihələrində və KİV-də Aston Martin-i təmsil edəcək.

Censon Batton, Aston Martin komandasının səfiri: “Mən komandanın və idmanın tarixinin dönüş nöqtəsində Aston Martin-ə qoşulduğuma görə çox şadam. Buna səbəblərdən biri də Honda-nın komanda ilə tərəfdaşlığı olub və səfir rolunda onlarla uzun illər ərzində topladığım təcrübəni tətbiq etməyi səbirsizliklə gözləyirəm.

2026-cı il mövsümü çox maraqlı olacaq. Belə iddialı bir komandanın parçası olmaq əladır. Melburnu səbirsizliklə gözləyirəm!”

 

Rauf Hacıyev

Şərh əlavə et