Xəbəri Kokpitdə Oxuyun!

Williams Wilkinson Sword ilə anlaşıb

Williams komandası Wilkinson Sword ilə yeni çoxillik tərəfdaşlıq müqaviləsi imzaladığını açıqlayıb.

Yüksək dəqiqlikli təraş alətləri istehsalı üzrə ixtisaslaşan Britaniya şirkəti Williams-ın rəsmi xarici görünüşə qulluq üzrə tərəfdaşı statusunu əldə edib. Əməkdaşlıq çərçivəsində Wilkinson Sword-ün  loqotipləri Karlos Sayns və Aleks Elbonun bolidlərinin burun hissəsində, Halo üzərində və mühərrik qapağında yer alacaq.

Komandanın rəhbəri Ceyms Vavlz bildirib: “Williams komandası və Wilkinson Sword üçün səmərəliliyin artırılması sərhədlərin genişləndirilməsi və innovasiyaların tətbiqi ilə sinonimdir. Biz Wilkinson Sword-un artıq bizimlə olmasından qürur duyuruq və onların minimal resurslarla yüksək nəticələr əldə etməyə kömək etməsini yüksək qiymətləndiririk”.

Rauf Hacıyev

Şərh əlavə et