Xəbəri Kokpitdə Oxuyun!

İzola testləri dəyərləndirib

Pirelli Motorsport-un rəhbəri Mario İzola 2026-cı ilin ilk qış testlərinin yekunlarını çıxarıb…

Kokpit.az xatırladır ki, Barselonada beşgünlük qapalı testlər başa çatıb.

Mario İzola: “Barselonadakı testlər Formula 1-də yeni eranın başlanğıcı oldu. Bəhreyndə keçiriləcək rəsmi mövsümöncəsi testlərdən əvvəl baş tutan qapalı test həftəsi komandalar və pilotlar üçün faydalı keçdi, ilk növbədə güc qurğularının etibarlılığını qiymətləndirmək və bu mövsümdə əsas rol oynayacaq enerji idarəçiliyinə uyğunlaşmaq baxımından…

Yeni maşınlar çoxlu dövrə qət etdilər. Bəlkə də əksəriyyətinin gözlədiyindən daha çox, çünki yeni güc qurğuları kifayət qədər etibarlı çıxdı. Komandalara təqdim etdiyimiz üç ən sərt quru tərkiblər soyuq havaya baxmayaraq,  effektivlik göstərdilər. Yalnız ən yumşaq C3 tərkibi ön sol təkərdə qranulyasiya əlamətləri göstərdi ki, bu da Barselona üçün tipikdir və bu hal sərin hava ilə izah olunur.

Aşağı temperaturlu yarış həftəsonlarında və ya daha az tələbkar traslarda batareyanın doldurulmasını qorumaq zərurətinin pilotların pitdən çıxış dövrəsinə necə təsir edəcəyini görmək maraqlı olacaq, çünki həmin anda təkərləri iş temperaturuna qədər qızdırmaq vacibdir. Testlərdə biz ERS-ə üstünlük verilən daha konservativ yanaşma gördük ki, bu da pilotların sıralanma turuna hazırlıq ssenarisini dəyişə bilər.

Bəhreyndəki testlərdə məlumatlar daha əsas olacaq, çünki həm maşınlar Melburndəkilərə yaxın olacaq, həm də hava şəraiti. Hazırda isə simulyasiya ilə müqayisədə maşınların effektivliyi və təkərlərə düşən yük məsələsində hələ də fərqlər görürük”.

Rauf Hacıyev

Şərh əlavə et