Bulud infrastrukturu və məlumat təhlükəsizliyi sahəsində ixtisaslaşan Rubrik, McLaren-in texniki inkişaf proseslərində kritik əhəmiyyət daşıyan sistemlərin qorunması və məlumatların təhlükəsizliyinin təmin olunması üçün öz texnologiyalarını tətbiq edəcək.
Zak Braun, McLaren Racing-in icraçı direktoru: “Formula 1 dünyada məlumat toplanmasına ən çox əsaslanan idman növlərindən biridir. Məlumatların bütövlüyü rəqabət üstünlüyüdür və biz sürət, yüksək performans və etibarlılıq standartlarımıza cavab verən şirkətlərlə əməkdaşlıq edirik. Rubrik də bu yanaşmanı bölüşür.
Birlikdə yarış proqramlarımızın effektivliyinin təməlində dayanan texnoloji eribarlılığın gücləndirilməsinə fokuslanmışıq”.




Şərh əlavə et