McLaren komandası Barselona testlərinə çərşənbə günü start verəcək. Sonuncu çempionların mətbuat xidməti trasda qalan üç günün hamısında işləməyi planlaşdırdıqlarını təsdiqləyib.
Qısa rəsmi açıqlamada belə bildirilib: “2026-cı ilin mövsümöncəsi qış testləri tam sürətlə davam edir və trasda işləmək üçün icazə verilən vaxt cəmi üç gündür. Bu səbəbdən McLaren komandası bu həftə Barselonadakı testlərə çevik yanaşma tətbiq edib.
Biz testlərin son üç günündə trasda işləməyi planlaşdırırıq, ilk günləri isə bolidin tam yığılması və yoxlanmasına həsr etmişik”.




Şərh əlavə et