Testlərin ikinci günü başlayır

Testlərin ikinci günü başlayır
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Qapalı testlər ətrafında yaradılan lazımsız məxfilik atmosferi idman mətbuatının və azarkeşlərin əhvalını korlayıb. Əvvəlcə əksəriyyət testlərin qapalı keçirilməsini formal xarakterli qəbul edirdi. Hətta ilk gün qısa müddətlik pirat tayming belə fəaliyyət göstərmişdi. Lakin o dərhal bloklanıb, tras ətrafındakı azarkeşlər isə təhlükəsizlik xidməti tərəfindən uzaqlaşdırılıb.

İctimaiyyət bunu narazılıqla qarşılayıb. Fotolar kimə mane ola bilərdi? Avtoidman həvəskarları onsuz da bir həftə sonra rəsmi testlərdə eyni vəziyyətdə və demək olar ki, dəyişmədən görünəcək yeni bolidləri niyə indidən görə bilməsinlər? Formula 1 bu suallara cavab verməyib. Azarkeşlər və mətbuat bunu yadda saxlayıb və mövsüm ərzində dəfələrlə xatırladacaq. Komandaların səhmdarlarının da bundan məmnun qaldığını demək olmaz.

Yeganə məntiqli izah kimi göstərilən səbəb budur:  guya müqaviləyə əsasən 2026-cı ilin ilk rəsmi testləri məhz Bəhreyndə keçirilməlidir. Bu isə mənasız səbəbdir. Testlər onsuz da orada keçiriləcək. Bəs azarkeşləri  qovmaq nəyə lazım idi?

Barselonada yerli vaxtla saat 9:00-da testlərin ikinci günü start götürüb. Williams maşınla bağlı problemlər səbəbindən ümumiyyətlə Barselonaya gəlməyəcək. Aston Martin yalnız cümə axşamı və cümə günü işləyəcək. Digər komandaların qrafiki isə sərbəstdir. Belə ki, onlar beş gündən istənilən üç günü seçə bilərlər və cədvəllərini açıqlamayıblar. Ferrari və McLaren-in bu gün trasa çıxması planlaşdırılıb, lakin hər şey havadan asılıdır. Hava şəraiti pisləşsə, komandalar icazə verilən günlərdən birini itirməmək qərarı verə bilər.

Proqnozu nəzərə alaraq ikinci gün başlamazdan əvvəl Mercedes, Alpine, Audi, Cadillac və Haas yağış səbəbilə bu gün işləməyəcəklərini açıqlayıblar.

Hazırda hava normaldır – buludlu və +12 dərəcə isti müşahidə olunur. Lakin günortadan sonra yağış ehtimalı var və bu, növbəti günlərdə də komandaların işinə mane ola bilər, çünki onlar yağış və keçid təkərlərindən çox az sifariş ediblər.

Bunları da oxuyun

Şərh əlavə et