Xəbəri Kokpitdə Oxuyun!

Komandalar testlər üçün təkər dəstlərini seçiblər

Bu gün Barselonanın Kataloniya trasında mövsümün ilk testləri başlayır. Testlər qapalı qapılar arxasında keçiriləcək və beş gün davam edəcək. Komandalar bu 5 günün ancaq üçündə trasda işləyə bilərlər.

Komandalar bu gün Barselonada start götürən ilk testlər üçün proqramlarına uyğun olaraq təkər dəstlərinin sayını sərbəst şəkildə seçə bilirdilər. Testlər başlamazdan əvvəl Pirelli bu seçimlərin təsdiqləndiyini açıqlayıb.

Beləliklə, hər komanda 2026-cı il maşınlarının ilkin işləmə mərhələsində hansı tip və neçə dəst təkərdən istifadə edəcəyini artıq dəqiqləşdirib.

İLK TESTLƏR ÜÇÜN KOMANDALARIN SEÇDİYİ TƏKƏR DƏSTLƏRİ

Komanda Hard (C1) Medium (C2) Soft (C3) Keçid Yağış
McLaren 4 10 6 4 1
Mercedes 8 12 4 1
Red Bull 1 18 4 2
Ferrari 4 12 3 4 2
Williams 4 17 3 1
Racing Bulls 6 12 5 2
Aston Martin 3 10 7 4 1
Haas 4 13 6 2
Audi 2 6 10 4 3
Alpine 2 9 9 4 1
Cadillac 4 6 10 4 1

Komandaların Barselonadakı ilk testlər üçün hansı tərkibdə şin dəstləri seçdiyi beləliklə bəlli olub.

Rauf Hacıyev

Şərh əlavə et