Xəbəri Kokpitdə Oxuyun!

Audi Gənc Sürücü Proqramına rəhbər gətirib

Audi komandası gənc pilotların inkişafı ilə məşğul olacaq yeni gənclər proqramının yaradıldığını elan edib.

Proqramın iştirakçılarının adları daha sonra açıqlanacaq, lakin Audi artıq layihəyə rəhbər kimi Allan Maknişin təyin olunduğunu təsdiqləyib.

Allan Makniş: “Audi komandasının gələcəyinin təməlini formalaşdırmaq prosesində iştirak etmək mənim üçün böyük şərəf və ciddi məsuliyyətdir. Bu vəzifəyə böyük həvəslə yanaşıram. Audi brendi həmişə “Vorsprung durch Technik” fəlsəfəsi üzərində qurulub və bu yanaşma təkcə maşına deyil, gənc sürücülərimizə də eyni dərəcədə aid olmalıdır.

Bizim üçün yalnız xam sürət vacib deyil. Biz xarakter axtarırıq — təzyiqə davamlılıq, düşüncə tərzi, komandada işləmə bacarığı. Məhz bunlar gələcək Audi çempionunu fərqləndirən keyfiyyətlərdir.

Məqsədimiz potensialı dəqiqliyə və nəticəyə çevirən bir sistem qurmaqdır. Bu işə böyük ruh yüksəkliyi ilə başlayıram və bu iddialı layihə üçün ilk istedadlar nəslini tapmağı səbirsizliklə gözləyirəm”.

Beləliklə, Audi Formula 1 layihəsinin uzunmüddətli əsasını formalaşdırmaq üçün gənc pilotların yetişdirilməsinə sistemli yanaşma qurmağa başlayıb.

Rauf Hacıyev

Şərh əlavə et