Xəbəri Kokpitdə Oxuyun!

RB Den Fəllouzu transfer edib

Racing Bulls komandası Den Fəllouzla müqavilə imzaladığını elan edib. Fəllouz aprel ayından etibarən texniki direktor vəzifəsinin icrasına başlayacaq.

O, bu vəzifədə baş texniki direktor Tim Qossa tabe olacaq və maşının ümumi konsepsiyası, aerodinamika və sürət üzərində çalışaraq komandanın texniki inkişafına cavabdeh olacaq.

Den Fəllouz: «Komanda üçün həyəcanlı bir dövrdə Racing Bulls-a qoşulduğum üçün çox şadam. Bizim aydın baxışımız və texniki ambisiyalarımız var və maşının səmərəliliyini artırmağa, gələcək inkişafı davam etdirməyə kömək etmək üçün Tim və bütün mühəndis heyəti ilə sıx əməkdaşlığa başlamağı səbirsizliklə gözləyirəm”.

Komandanın rəhbəri Alan Permeyn: «Den böyük təcrübəyə malikdir və onun texniki anlayışı ilə liderlik keyfiyyətləri inkişaf yolumuzda və irəliyə doğru hərəkətimizdə komanda üçün əsl dəyər olacaq. Onu Racing Bulls-da salamlamaqdan məmnunuq”.

Qeyd edək ki, Fəllouz 2024-cü ilin noyabrında Aston Martin-də texniki direktor vəzifəsindən ayrılıb. Aston Martin-də çalışmazdan əvvəl isə o, Red Bull Racing-də aerodinamika şöbəsinin rəhbəri vəzifəsini tutub.

Rauf Hacıyev

Şərh əlavə et