Xəbəri Kokpitdə Oxuyun!

Mercedes Microsoft ilə anlaşıb

Mercedes komandasında Microsoft şirkəti ilə çoxillik sponsorluq müqaviləsinin imzalandığı açıqlanıb.

Almaniyalı Formula 1 komandası biznesin bütün sahələrində – bazadan tutmuş yarış trasına qədər Microsoft-un bulud və korporativ süni intellekt texnologiyalarından istifadə edəcək.

Microsoft-un loqotipləri həm bolidlərin üzərində, həm də pilotların kombinezonlarında yer alacaq. Sky News-un qiymətləndirməsinə görə, sponsorluq razılaşmasının dəyəri ildə təxminən 60 milyon dollar təşkil edir.

Toto Volf, Mercedes komandasının icraçı direktoru və rəhbəri: “Bizim idman növümüz innovasiyalar hesabına liderlik edənlər tərəfindən irəli aparılır. Dünyanın aparıcı texnologiya liderlərindən biri olan, adı yenilikçi həllərlə sinonimləşmiş Microsoft ilə əməkdaşlıqdan məmnunuq.
Bu tərəfdaşlıq eyni zamanda səmərəlilik və inkişafın ön cəbhəsində qalmaq istəyimizi əks etdirir. Microsoft texnologiyalarını komandanın işinin mərkəzinə yerləşdirməklə daha sürətli analitik məlumatlar, daha effektiv əməkdaşlıq və yeni iş üsulları əldə edəcəyik ki, bu da Formula 1-in gələcəyinə nəzər salmağa imkan verəcək”.

Rauf Hacıyev

Şərh əlavə et