Xəbəri Kokpitdə Oxuyun!

Willams Nuveen ilə tərəfdaşlığa başlayıb

Williams komandası XIX əsrin sonlarında Çikaqoda əsası qoyulmuş ABŞ-ın Nuveen şirkəti ilə çoxillik tərəfdaşlığın başladığını elan edib. Nuveen səhmlərin idarə olunması üzrə rəsmi tərəfdaş statusu alıb.

Qarşıdakı mövsümdə Nuveen-in loqotipləri Karlos Sayns və Aleks Elbonun bolidlərində sükanın arxa hissəsində və arxa qanadın daxili tərəfində yer alacaq.

Komandanın rəhbəri Ceyms Vavlz: “Nuveen-i Williams komandasında salamlamaqdan məmnunuq. İstər yarışlarda iştirak edin, istərsə də səhmlərin idarə olunması sahəsində çalışın, yüksək nəticələrin əsas komponentləri dəyişmir: bir-biri ilə sıx əməkdaşlıq edən peşəkar insanlar, qabaqcıl texnologiyalar və maksimum nəticəyə çatmaq üçün yorulmaz istək.

Liderlər sırasına qayıdış yolunda növbəti addımı atarkən, azarkeşlərimiz və dünya üzrə icmalar üçün fayda gətirəcək nəticələr əldə etmək məqsədilə Nuveen ilə əməkdaşlığı səbirsizliklə gözləyirik”.

Rauf Hacıyev

Şərh əlavə et