Xəbəri Kokpitdə Oxuyun!

Mercedes çəkiliş günü edib

Mercedes komandasının 2026-cı il il bolidi W17 Silverstounda çəkiliş günü üçün trasa çıxıb.

Mercedes-in mətbuat xidməti bu gün 2026-cı il mövsümü üçün nəzərdə tutulmuş yeni W17 bolidinin görüntülərini yayımlayıb. Bundan demək olar ki, dərhal sonra komanda Silverstounda maşının çəkiliş gününə başlayıb.

Trasdakı hava şəraiti ideal olmayıb – hava buludlu olub və yağış yağıb, lakin bu, Mercedes-ə bütün sistemlərin işləkliyini qiymətləndirməyə və reklam çarxı üçün kadrlar çəkməyə mane yaratmayıb. W17-nin tammiqyaslı sınaqları gələn həftə Barselonada qapalı qapılar arxasında baş tutacaq.

Qeyd edək ki, komandalar ildə iki dəfə çəkiliş günü edə bilərlər. Çəkiliş günündə komandalar Pirelli-nin şou təkərləri ilə 200 kilometr məsafə qət edə bilirlər.

Rauf Hacıyev

Şərh əlavə et