Xəbəri Kokpitdə Oxuyun!

Alpine köhnə bolidlə trasa çıxıb

Racing Bulls komandası bir gün əvvəl 2026-cı il üçün nəzərdə tutulmuş maşının İmolada çəkiliş gününü etsə də, dünən trasda işləyən yeganə kollektiv Faentsa təmsilçisi olmayıb.

Çərşənbə axşamı Barselonada Alpine komandası testlər keçirib. Sürüşlər TPC proqramı (Testing of a Previous Car – “əvvəlki illərin maşınlarının testləri”) çərçivəsində baş tutub və komanda ötən mövsümün bolidi ilə işləyib.

A525-in sükanı arxasına yalnız komandanın əsas pilotları Pyer Qasli və Franko Kolapinto deyil, eyni zamanda ehtiyat sürücü Paul Aron da keçib. Alpine üçün bu testlər bir növ “oyadıcı sınaqlar” xarakteri daşıyır və qış fasiləsindən sonra pilotların, mexaniklərin və mühəndislərin yenidən iş ritminə qayıtmasına kömək etməyi hədəflənir.

Alpine A526 adlı yeni maşının təqdimatı cümə günü Barselonada keçiriləcək.

Rauf Hacıyev

Şərh əlavə et