Xəbəri Kokpitdə Oxuyun!

C.Vitli: Gələcəyin komandasını qururuq

Audi-nin dünən keçirilən təqdimatında Alman avtomobil konserninin rəhbərliyinin komanda qarşısına qoyduğu hədəflər barədə geniş danışılıb. Mattia Binotto yaxın illər üçün əsas məqsədi açıqlayıb – titul uğrunda mübarizə aparmaq.

Alman komandasının rəhbəri Conatan Vitlinin planları isə daha qlobal xarakter daşıyır: Formula 1 tarixinin ən uğurlu komandasını yaratmaq.

Conatan Vitli: “Biz Formula 1-ə vaxt itirmək üçün gəlməmişik. Ambisiyalı layihəmiz var, ancaq haradan başladığımızı da, hara getmək istədiyimizi də dəqiq bilirik.

Biz Audi-ni Formula 1 tarixində ən uğurlu komanda etmək istəyirik. Bu yolda müəyyən mərhələlərdən keçmək lazımdır və biz bu yola bu gündən başlayırıq.

Söhbət işə sadiqlikdən gedir. Əgər nəyəsə başlayırıqsa, onu mütləq sona çatdırırıq. Komanda çox ciddi köklənib və uğura çatmaq üçün lazım olan hər şeyi edəcək”.

Rauf Hacıyev

Şərh əlavə et