Xəbəri Kokpitdə Oxuyun!

RB VCARB 03 trasa çıxıb

Racing Bulls komandasının yeni maşını çərşənbə axşamı İmola trasında ilk kilometrlərini qət edib.

İtaliya təmsilçisi bu gün reqlamentə əsasən yalnız marketinq və ya nümayiş məqsədi daşıyan və maksimum 15 kilometr məsafə qət etməyə icazə verilən demonstrasiya yürüşləri çərçivəsində işləyib.

Boksdan ilk olaraq Liam Louson çıxıb. Tras nəm olduğu üçün VCARB 03 yağış təkərləri ilə təchiz edilib. Maraqlıdır ki, Red Bull–Ford istehsalı güc qurğusu ilə təchiz olunan maşının ilk metrlərini məhz yeni zelandiyalı sürücü qət edib. Bu an yerli vaxtla saat 12:26 olub.

Daha sonra sükan arxasına Arvid Lindblad keçib, lakin onun yürüşü demək olar ki, başladığı anda başa çatıb. Formula 1-də debüt edəcək pilot 5–6-cı döngələrin ardıcıllığında idarəetməni itirib və maşın çınqıllıqda ilişib. Nəticədə VCARB 03 boksa evakuator vasitəsilə qaytarılıb.

Çərşənbə günü Racing Bulls maşının yoxlanışını tamhüquqlu “çəkiliş günü” çərçivəsində davam etdirəcək, bu sessiya ərzində komandaya 200 kilometr məsafə qət etməyə icazə verilir.

Rauf Hacıyev

Şərh əlavə et