Lakin qurğu sözün əsl mənasında yalnız bir tərəfdən göstərilib və təqdimatda heç bir texniki məlumat verilməyib. Buna baxmayaraq, ekspertlərdə 2026-cı il mühərriyinin ötən mövsümün sonunadək Formula 1-də istifadə olunan güc qurğularından nə ilə fərqləndiyinə dair müzakirələr aparmaq üçün əsas yaranıb.
2026-cı ilin mühərriklərində artıq MGU-H motor-generatorları yoxdur, lakin hibrid sistemlərin ölçüləri əhəmiyyətli dərəcədə artıb. Bunun səbəbi onların rolunun ciddi şəkildə yüksəlməsidir, çünki indi güc qurğusunun generasiya etdiyi enerjinin təxminən 50 faizi məhz bu sistemlərin payına düşür. Yapon mühəndislərin paylaşdığı bir neçə fotoda elektrik hissəsi, xüsusən də batareya bloku və idarəedici elektronika parlaq narıncı rəngdə boyanıb.
Bununla belə, Honda güc qurğusunun konstruksiyasına aid bir sıra əsas məqamları gizlətməyə çalışıb və onu yalnız müəyyən rakursdan görməyə imkan verib. Tamaşaçılara təqdim olunan mühərrik zala konkret bucaq altında gətirilib və yayımlanan şəkillərdə də məhz həmin bucaqdan əks olunub.

Fotolar ümumi şəkildə daxiliyanma mühərriyini və egzoz sisteminin bir hissəsini görməyə imkan verir. Hibrid sistemin yaxınlığında yeni MGU-K da seçilir: birincisi, o da ölçü baxımından böyüyüb, ikincisi isə daxili yanma mühərriyinə nisbətən yerləşməsi müəyyən qədər dəyişib. Bununla belə, ekspertlərin vurğuladığı kimi, bu kompaktlaşdırma yalnız təqdim edilən şəkillərdə belə görünür və real quruluş bir qədər fərqlidir.
İntriqanı Honda Racing Corporation-ın sosial şəbəkə səhifələrində bir qədər sonra paylaşılan başqa bir foto da artırıb. Həmin şəkildə mühərrik digər tərəfdən çəkilib, lakin təsvirin aşağı hissəsi qəsdən bulanıqlaşdırılıb.
Dərhal ehtimallar səsləndirilib ki, məhz detallı şəkildə görmək mümkün olmayan bu sahə motor-generatorun real yerləşməsi barədə fikir yürütməyə imkan verə bilərdi, çünki kompaktlaşdırma ilə bağlı bu cür incə məqamlar həmişə həlledici əhəmiyyət daşıyıb. Yəni istisna edilmir ki, əslində MGU-K mühərriyə məhz həmin hissədə birləşdirilib və bu gün təqdim olunan rəsmi fotolar sırf təqdimat məqsədilə çəkilib.




Şərh əlavə et