Xəbəri Kokpitdə Oxuyun!

Ferrari cümə günü trasa çıxacaq

Ferrari komandası bu həftənin cümə günü, 23 yanvarda 2026-cı il mövsümü üçün nəzərdə tutulmuş SF-26 modelini təqdim edəcək.

Rəsmi təqdimatdan dərhal sonra, elə həmin gün komanda yeni bolidin ilk çəkiliş gününü Fyorano trasında keçirəcək. Mətbuat xidməti təsdiqləyib ki, sükan arxasına növbə ilə Şarl Lekler və Lyuis Həmilton əyləşəcək.  “Qırmızılar” istəyirlər ki, hər iki sürücü həmin gün diqqətini tam şəkildə maşınla işləməyə yönəltsin, buna görə də onlar ənənəvi mətbuat görüşünü buraxacaqlar.

Çəkiliş günündən sonra SF-26 ilk test sessiyası üçün Barselonaya yola salınacaq; bu testlər 26–30 yanvar tarixlərində qapalı şəraitdə keçiriləcək.

Rauf Hacıyev

Şərh əlavə et