Aston Martin Təhlükəsizlik Maşını rolundan çəkilir

Aston Martin Təhlükəsizlik Maşını rolundan çəkilir
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Aston Martin 2021-ci ildən bu yana Formula 1-in təhlükəsizlik avtomobillərini Mercedes ilə növbəli şəkildə təmin edib, lakin The Race nəşrinin məlumatına görə, britaniyalı istehsalçı 2026-cı il mövsümündə bu əməkdaşlığı davam etdirməyəcək.

Britaniya şirkətinin təhlükəsizlik avtomobili kimi Formula 1-ə ilk girişi müəyyən mübahisələrə də səbəb olmuşdu. Həmin dövrdə istifadə edilən Vantage F1 Edition, Mercedes-in təqdim etdiyi AMG GT Black Series modeli ilə müqayisədə daha ağır və xeyli dərəcədə zəif gücə malik idi.

Mercedes-dən 45 kiloqram daha ağır olan və təxminən 200 at gücü az istehsal edən Aston Martin, sürət baxımından da geridə qalırdı. Bu vəziyyət, 2022-ci ilin Avstraliya Qran Prisi zamanı Maks Ferstappenin avtomobilə “yaşıl tısbağa” ləqəbi verməsinə səbəb olmuşdu.

Red Bull komandasının pilotu Melburn yarışından sonra belə demişdi: “Təhlükəsizlik avtomobili o qədər yavaş idi ki, tısbağaya bənzəyirdi. İnanılmaz idi.

Arxa düzlükdə 140 km/saat sürətlə getməli olduq, ortada zədələnmiş avtomobil də yox idi. Niyə bu qədər yavaş getdiyimizi başa düşmürəm. Bunu araşdırmalıyıq”.

Aston Martin 2024-cü il mövsümünün əvvəlində təkmilləşdirilmiş Vantage modelini təqdim etmişdi. Daha böyük turbolar, inkişaf etdirilmiş soyutma sistemi və yeni eksantrik valları sayəsində güc 656 at gücünə yüksəlib, yəni təxminən 150 at güclük artım əldə edilib.

Ötən il Niderland Qran Prisi zamanı isə Aston Martin  təhlükəsizlik avtomobili kimi daha da yenilənmiş Vantage S modelini trasa çıxarıb. Bu versiyada 4.0 litrlik cüt turbo V8 mühərrik təxminən 670 at gücü istehsal edib.

Aston Martin-in bu roldan niyə imtina etməyə qərar verdiyi hələlik dəqiqləşməyib. Bunun kommersiya səbəbləri ilə əlaqəli ola biləcəyi ehtimal edilir.

Bununla da  Mercedes 2026-cı il mövsümü boyunca Formula 1-in təhlükəsizlik və tibbi avtomobillərinin hamısını təkbaşına təmin edəcək.

Alman şirkəti 1996-cı ildən bu yana Formula 1-in təhlükəsizlik avtomobilini tədarük edir. “Gümüşü oxlar” 2022-ci ildən etibarən bu rol üçün Mercedes-AMG GT Black Series modelini istifadəyə verib.

Son dövrlərdə təhlükəsizlik avtomobili, komandanın sponsoru CrowdStrike-ın brendləşdirilməsi ilə qırmızı rəngə boyanıb.

Bunları da oxuyun

Şərh əlavə et