Lyuk Brouninq Williams-ın ehtiyat sürücüsüdür

Lyuk Brouninq Williams-ın ehtiyat sürücüsüdür
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Williams komandası Lyuk Brauninqlə ehtiyat sürücü müqaviləsinin təsdiqləndiyini açıqlayıb. Britaniyalı sürücü zərurət yarandığı halda komandanın əsas pilotları Aleks Elbonu və ya Karlos Saynsı əvəz edəcək, eyni zamanda FW48 maşınının təkmilləşdirilməsinə kömək etmək üçün simulyatorda çalışacaq.

Britaniya komandasındakı öhdəlikləri ilə paralel olaraq Lyuk Brauning  Yaponiyanın Super Formula seriyasında Kondo Racing komandasının heyətində debüt edəcək.

Lyuk Brauning: “Bu il Williams-ın ehtiyat sürücüsü olmaqdan inanılmaz dərəcədə məmnunam. Williams Akademiyası mənim inkişafımda həlledici rol oynayıb. Onlar məni Formula 3 və Formula 2-də dəstəkləyiblər, testlər və sərbəst yürüşlər zamanı müasir Formula 1 texnikası ilə tanış olmaq imkanı yaradıblar. Aleks və Karlosla birlikdə işləməyi və komandanı Formula 1-də yeni eraya aparmağı səbirsizliklə gözləyirəm.

Həmçinin 2026-cı ildə Super Formula-da debüt mövsümümü keçirəcəyimi təsdiqləməkdən məmnunam. Qarşıda tamamilə yeni çağırış var, amma işə başlamağı səbirsizliklə gözləyirəm. Bu, Formula 1-də daimi müqaviləyə aparan yolda növbəti addımımdır və trasda necə inkişaf etməyimi göstərmək, eyni zamanda yeni mühit və mədəniyyətdə bacarıqlarımı inkişaf etdirmək üçün daha bir fürsətdir”.

Komandanın rəhbəri Ceyms Vavlz: “2026-cı ildə Lyukun ehtiyat sürücümüz olmasından qürur duyuruq. O, 2023-cü ildə Williams Akademiyasına qoşulduqdan sonra ciddi irəliləyiş göstərib və yeni reqlamentə keçid dövründə simulyatorda və ilk sərbəst yürüşlərdə gördüyü işlə komandanın ön sıralara qayıdışına töhfə verib ki, bu da olduqca dəyərlidir.

Super Formula-da çıxışlar ona tras üzərində daha çox təcrübə qazandıracaq və sürücü kimi inkişaf etməsinə imkan verəcək. Biz Lyukun karyerasının növbəti mərhələsində traslara qayıdışını səbirsizliklə gözləyirik”.

Bunları da oxuyun

Şərh əlavə et