Amerika təmsilçisinin mətbuat xidməti ayrıca vurğulayıb ki, bu, müvəqqəti rəng çalarıdır və debüt mövsümü üçün nəzərdə tutulan yekun versiya 8 fevralda təqdim olunacaq: “Testlər üçün nəzərdə tutulan rəng çaları maşının hazırlanma prosesi zamanı istifadə etdiyimiz dizaynın müvəqqəti variantıdır. Bu, debüt üçün deyil, test mərhələsi üçündür. Bu mərhələdə söhbət həm rəng çalarının, həm də şassinin hazırlanma prosesindən gedir və mövsümün başlanmasına qədər intensiv şəkildə təkmilləşdiriləcək.

Rəng çalarına Cadillac Formula 1 komandasının ABŞ və Böyük Britaniyadan olan qurucularının adları daxil edilib. Yekun rəng çaları 8 fevralda təqdim olunacaq”.





Şərh əlavə et