Xəbəri Kokpitdə Oxuyun!

Domenikali: Almaniya bir şərtlə qayıda bilər

Formula 1-in rəhbəri Stefano Domenikali bildirib ki, Almaniyanın təqvimə qayıtmasına qarşı deyil.

Yeni mövsümdə Formula 1-də iki Alman zavod komandası – Mercedes və Audi çıxış edəcək, amma buna baxmayaraq Almaniyada son F1 yarışı 2020-ci ildə Nürburqrinqdə keçirilib. Formula 1-in prezidenti və icraçı direktoru Stefano Domenikali bildirib ki, Almaniya Qran Prisi geri qayıda bilər, amma bu, promouterlərin irəli sürəcəyi maliyyə şərtlərindən asılı olacaq.

Stefano Domenikali: “Biz bütün müzakirələrə açığıq və hətta məni optimist edən bəzi əlamətlər də görürəm. Ümid edirəm ki, yaxın aylarda bu mövzu barədə söz-söhbətlər inkişaf edəcək.

Biz Almaniyaya qayıtmaqda maraqlıyıq, ancaq düzgün təşkilatçılar və maraqlı təkliflə.

Formula 1 elə bir vəziyyətdədir ki, dünyanın hər yerindən yarış keçirmək üçün müraciətlər alırıq. Ona görə də əgər Almaniya bazarı üçün Formula 1-in qayıdışı prioritet deyilsə, biz bunu qəbul edib yolumuza davam edəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et