Ancaq Honda Racing Corporation-un prezidenti Kodzi Vatanabe mövsüm ərəfəsində gözləntiləri bir qədər aşağı salmağa çalışıb və etiraf edib ki, yeni mühərrikin hazırlanması zamanı mühəndislər müəyyən çətinliklərlə üzləşiblər.
Kodzi Vatanabe: “Rəqib güc qurğusu istehsalçılarının hansı səviyyəyə çatdıqlarını bilmədiyimiz üçün hazırda qarşıya qoyduğumuz hədəflərə nə qədər yaxınlaşa biləcəyimizi demək çətindir. İnkişaf prosesində müxtəlif komponentlərin inteqrasiyası hesabına əldə edilən performans artımını daim qiymətləndiririk. Bəziləri uğurlu olur, bəziləri isə yox. Vəziyyət bir qədər qarışıqdır.
Açığı, hər şey ideal getmir, bir çox sahədə çətinliklərimiz var, ancaq indiyədək heç nə kritik həddə çatmayıb. Yəni öhdəsindən gələ bilməyəcəyimiz problem yaranmayıb.
Aston Martin Adrian Nyuinin baxışını əks etdirən maşınlar qurmaq istəyir və bizim üçün növbəti addım güc qurğusunu bu maşına uyğunlaşdırmaqdır. Əgər bu, rəqabət qabiliyyətimizi artıracaq və qələbə şansımızı yüksəldəcəksə, biz mümkün olan hər şeyi edəcəyik”.




Şərh əlavə et