Xəbəri Kokpitdə Oxuyun!

Haas Castore ilə anlaşıb

Haas F1 komandası Castore şirkəti ilə çoxillik müqavilə imzaladığını açıqlayıb. Beləliklə, 2026-cı ildən etibarən britaniyalı brend komandanın rəsmi geyim tərəfdaşı olacaq.

Castore pilotlar və komanda heyəti üçün geyimləri hazırlayıb təqdim edəcək, həmçinin Yaponiya və ABŞ Qran Prilərinə həsr olunmuş xüsusi azarkeş kolleksiyaları da yaradacaq.

Haas F1 komandasının rəhbəri Ayo Komatsu əməkdaşlığı belə şərh edib: “Castore ilə əməkdaşlığa başladığımız üçün məmnunuq. Bu tərəfdaşlıq sayəsində həm komandamız, həm də azarkeşlərimiz üçün geniş məhsul xətti təqdim olunacaq”.

Qeyd edək ki, Castore eyni zamanda Red Bull və McLaren komandalarını da geyimlə təchiz edib.

Rauf Hacıyev

Şərh əlavə et