Xəbəri Kokpitdə Oxuyun!

Haas təqdimat tarixini dəyişib

Haas F1 komandası VF-26 modelinin təqdimat tarixini daha erkən vaxta çəkmək qərarına gəlib. Bu gün verilən məlumata görə, yeni maşın 19 yanvar tarixində təqdim olunacaq.

Komandanın sosial şəbəkə hesablarında qırmızı-qara rəng çalarlarında hazırlanmış və bu xəbərə həsr olunmuş poster paylaşılıb. Posteri belə bir şərh müşayiət edir: “Tıxacdan qaçmaq üçün gözləniləndən tez start veririk”.

Söhbət ondan gedir ki, Haas əvvəlcə təqdimatı 23 yanvar tarixində keçirməyi planlaşdırıb. Lakin həmin gün Ferrari və Alpine də yeni maşınlarını nümayiş etdirəcək. Minimum diqqət itkisinə yol verməmək üçün Amerika komandası tarixi dəyişməyi daha məntiqli hesab edib və bununla da tədbirə daha çox maraq cəlb etməyi hədəfləyir.

Üstəlik, təqdimat onlayn formatda keçiriləcək. Bu da hər hansı logistik çətinlik yaratmır.

Rauf Hacıyev

Şərh əlavə et