Xəbəri Kokpitdə Oxuyun!

Williams da təqdimat tarixini açıqlayıb

Williams komandası bu gün bildirib ki, yeni FW48 bolidinin rəsmi rəng çalarları 3 fevralda, Qrouvdakı bazanın ərazisində keçiriləcək təqdimat zamanı nümayiş etdiriləcək.

Xatırladaq ki, yanvarda Barselonada baş tutacaq testlərdə komanda azarkeşlər tərəfindən təklif edilmiş xüsusi rəng çalarından istifadə edəcək. Tərəfdaş və sponsorların loqotiplərini daşıyan yekun rəng çalarları isə məhz 3 fevral tarixində təqdim ediləcək.

Qeyd edək ki, doqquz dəfə Mühəndislər Kubokunun qalibi olmuş komanda çətin keçən uzun illərdən sonra 2025-ci ildə özünə gəlib. Britaniyanı təmsil edən kollektiv son mövsümdə Karlos Saynsla iki podium qazanıb və mövsümü beşinci yerdə bağlayıb.

Rauf Hacıyev

Şərh əlavə et