22 yanvar tarixində komanda rəsmi saytında Mercedes-AMG F1 W17 E PERFORMANCE modelinin kompüter qrafiklərini dərc edəcək.
Bundan sonra avtomobil 26–30 yanvar tarixlərində keçiriləcək ilk mövsümöncəsi testlər üçün Barselonaya yola salınacaq. Testlər başa çatdıqdan sonra isə 2 fevralda pilotların, komanda rəhbərliyinin və W17-nin iştirakı ilə ənənəvi canlı təqdimat keçiriləcək. Bu tədbiri komandanın sosial şəbəkə hesabları vasitəsilə izləmək mümkün olacaq.
Mövsümöncəsi qış testləri isə 11-13 və 18-20 fevral tarixlərində Bəhreyndə keçiriləcək. Mövsümün ilk yarışı mərhələsi isə 6-8 mart tarixlərində Avstraliyada baş tutacaq.




Şərh əlavə et