Xəbəri Kokpitdə Oxuyun!

Çjou Cadillac-a keçib

Cadillac komandası Quan­yu Çjou ilə müqavilə imzaladığını və onun ehtiyat pilot olduğunu açıqlayıb.

Çinli sürücünün keçidi Ferrari-dən ayrılmasından cəmi bir neçə gün sonra baş tutub. O, ötən mövsümİtaliya komandasında ehtiyat pilot kimi çıxış etmişdi:

Quan­yu Çjou: “Formula 1-də debüt etməyə hazırlaşan Cadillac komandasına ehtiyat pilot kimi qoşulduğum üçün çox şadam. Bu, Formula 1-də ən iri və perspektivli yeni layihələrdən biridir.

Mən uzun illər Qrem Laudon və Valtteri Bottas ilə birlikdə çalışmışam, bu komandaya keçidi öz ailəmə qayıdış kimi qiymətləndirmək olar.

Yaxın keçmişdə trasda əldə etdiyim təcrübə və avtomobillərin təkmilləşdirilməsi üzərində gördüyüm işlər sayəsində komandanın fəaliyyətinə böyük töhfə verə biləcəyəm və onlara mümkün olan maksimum dəstəyi göstərməyə çalışacağam”.

Cadillac komandasının rəhbəri Qrem Laudon artıq bir neçə ildir Formula 1-də çıxış edən ilk çinli pilot olan Çjounun meneceridir və onun güclü tərəflərini yaxşı tanıyır.

Ehtiyat pilot seçimi prosesi ilə bağlı danışan Laudon isə bunları deyib: “Ehtiyat pilotun seçimi prosesi də əsas yarış pilotlarımızdakı kimi əhatəli olub.

Son dövrdə Formula 1 təcrübəsi olan, komandanın bir hissəsi kimi intensiv işləməyə hazır və mövsüm ərzində avtomobilin inkişafı zamanı qarşıya çıxan çətinlikləri anlayan bir pilot axtarırdıq.

Quanyu Çjou bu tələblərə mükəmməl şəkildə cavab verir. 2026-cı ildə trasa çıxdığımız zaman o, bizim üçün çox dəyərli töhfə verəcək və komandanın ayrılmaz hissəsinə çevriləcəyini səbirsizliklə gözləyirik”.

Rauf Hacıyev

Şərh əlavə et