Almaniyalı pilot Formula 1-dəki debütünü 1991-ci ilin avqustunda Spa trasında Jordan komandası ilə edib, lakin bundan dərhal sonra Benetton ilə müqavilə imzalayıb. Növbəti ilin yazında karyerasında ilk dəfə podiuma yüksəlib və elə həmin mövsümdə ilk qələbəsini qazanıb. O, bu komanda ilə ilk iki dünya çempionluğunu əldə edib, daha sonra isə Ferrari ilə birlikdə daha beş titul qazanıb.
Alman sürücü karyerasına üçillik fasilə verdikdən sonra 2010-cu ildə dünya idmana qayıdın və yeni yaradılmış Mercedes komandasında çıxış edib. O, 2012-ci ildə karyerasını başa vurub.
Bir il sonra, 2013-cü ilin dekabrında Fransanın Alp dağlarında xizək sürərkən baş vermiş həm faciəvi, həm də absurd bir insidentdən sonra Şumaxer faktiki olaraq ictimai məkandan yoxa çıxıb. Ailəsi tam informasiya blokadası tətbiq edib və onun indiki sağlamlıq durumu barədə həqiqəti çox az sayda insan bilir.
Buna baxmayaraq, dünya üzrə milyonlarla azarkeş Mixaelin yarışlarda qazandığı saysız-hesabsız qələbələri unutmur. Onlar üçün Şumaxer hələ də əsl qəhrəman olaraq qalır.
Mixaelin 1996–2006-cı illərdə çıxış etdiyi Ferrari komandası bu gün onun adı ilə bağlı olan poster yayımlayıb və onu ad günü münasibətilə təbrik edib. Qısa, lakin çox mətləbi ifadə edən şərhdə belə deyilir: “Əfsanənin doğulduğu gün”.




Şərh əlavə et