Xəbəri Kokpitdə Oxuyun!

2025-ci ilin ən yaxşı pilotu seçilib

Formula 1-in rəsmi internet saytının təşəbbüsü ilə pilotlar tam məxfi formada 2025-ci il mövsümünün ən yaxşı 10 sürücüsünü müəyyənləşdirib.

Səsvermədə 16 pilot iştirak edib və xallar hazırkı Formula 1 sisteminə uyğun olaraq 25-18-15-12-10-8-6-4-2-1 formatında verilib. Pilotların özlərinə səs verməsinə də icazə verilib.

Səsvermədə Yuki Tsunoda, Lyuis Həmilton, Niko Hülkenberq və Ləns Stroll iştirak etməyib.

Səsvermənin nəticələrinə əsasən Maks Ferstappen ötən mövsümdə olduğu kimi bu il də həmkarları tərəfindən mövsümün ən yaxşı pilotu seçilib. McLaren komandasının pilotu Lando Norris ikinci pillədəki mövqeyini qoruyub, Mercedes-dən Corc Rassell isə üçüncü yerə yüksəlib.

Oskar Piastri dördüncü, Ferrari komandasınln pilotu Şarl Lekler isə beşinci sırada qərarlaşıb. Williams-a keçən Karlos Sayns altıncı olub, Aston Martin-in pilotu Fernando Alonso yeddinci yeri tutub.

Aleks Elbon, Oliver Berman və Ayzek Hacae isə ilk onluğu tamamlayıblar.

2025-ci ilin ən yaxşı 10 pilotu siyahısı:

  1. Maks Ferstappen — Red Bull
  2. Lando Norris — McLaren
  3. Corc Rassell — Mercedes
  4. Oskar Piastri — McLaren
  5. Şarl Lekler — Ferrari
  6. Karlos Sayns — Williams
  7. Fernando Alonso — Aston Martin
  8. Aleks Albon — Williams
  9. Oliver Berman — Haas
  10. Ayzek Hacar — Racing Bulls

Rauf Hacıyev

Şərh əlavə et