Bu, komanda üçün tamamilə yeni layihədir və Amerika korporasiyası Red Bull Racing ilə tərəfdaşlıq çərçivəsində ona hərtərəfli texniki dəstək göstərir.
Mark Raşbruk: “İşlər plan üzrə gedir, hazırda planlaşdırdığımız mərhələdəyik. Amma təbii ki, bütün mənzərəni yalnız maşın trasa ilk dəfə çıxanda – testlər zamanı qiymətləndirmək mümkün olacaq. Bu, çox vacib gün və vacib həftə olacaq. Yalnız bundan sonra son üç il ərzində görülən işlərin nə dərəcədə öz bəhrəsini verdiyini görəcəyik.
Yeni maşın və ya yeni mühərrik ilk dəfə trasda sınaqdan keçiriləndə müəyyən gərginlik qaçılmaz olur. Kompüter texnologiyalarımız mühəndislik həllərinin hazırlanması baxımından kifayət qədər effektivdir, test laboratoriyalarımız texnikanın təkmilləşdirilməsi və sazlanması üçün yetərlidir. Amma əsas sual budur: laboratoriya sınaqları zamanı görə bilmədiyimiz hansısa məqamlar trasda üzə çıxacaqmı?..
Son aylarda əsas diqqət güc qurğusunun göstəricilərinin yaxşılaşdırılmasına və onun kalibrlənməsinə yönəlib. Bunun bir hissəsi kompüter modelləşdirilməsi ilə, bir hissəsi stend sınaqları zamanı, digər hissəsi isə pilotların iştirakı ilə simulyator üzərində aparılan işlər vasitəsilə görülüb. Hazırda bütün səylərimiz məhz bu istiqamətə yönəlib”.




Şərh əlavə et