Xəbəri Kokpitdə Oxuyun!

2025-ci ildə ən çox ötmə qeydə alınan yarışlar

2025-ci il Formula 1 mövsümündə ən çox ötmə Əbu Dabi Qran Prisində qeydə alınıb, Monako isə cəmi 4 ötmə ilə siyahının sonuncu pilləsində yer alıb.

Geridə qalan Formula 1 mövsümündə ümumilikdə 742 ötmə qeydə alınıb. Bu göstərici 2024-cü mövsümlə müqayisədə 46 ötmə az olub, yarış başına orta ötmə sayı isə 30,9 olaraq ölçülüb. Bu rəqəm turbo-hibrid mühərrik dövrünə keçiddən bəri son 12 ilin ən aşağı statistika kimi diqqət çəkib.

Mövsümün ən dinamik yarışı Əbu Dabi Qran Prisi olub. Yas Marina trasında 60 ötmə baş verib, onu Bəhreyn (59) və San-Paulu (57) mərhələləri izləyib. Geniş qaçış zonaları və uzun düzlük hissələri bu trasları ötmə baxımından daha əlverişli edən əsas amillərdən biri olub.

Siyahının aşağılarında isə gözlənildiyi kimi Monako yer alıb. Dar tras quruluşu və demək olar ki, mövcud olmayan ötmə imkanları səbəbindən Monte Karlo küçələrində cəmi 4 ötmə qeydə alınıb.

Ən az ötmənin baş verdiyi digər mərhələlər arasında Qətər (7), Yaponiya (15), Avstraliya (17) və Las Veqas (17) da yer alıb. Paytaxtımızfa keçirilən Azərbaycan Qran Prisində isə izləyicilər 25 ötmə izləyiblər.

2026-cı ildən etibarən yeni texniki reqlamentlərin və aerodinamik dəyişikliklərin qüvvəyə minməsi ilə ötmə statistikalarının ciddi şəkildə dəyişəcəyi gözlənilir.

2025-ci il Formula 1 mövsümündə mərhələlər üzrə ötmə sayı belə qeydə alınıb:

  • Əbu Dabi – 60
  • Bəhreyn – 59
  • San-Paulu – 57
  • Meksika – 49
  • İmola – 44
  • Kanada – 43
  • İspaniya – 38
  • Macarıstan – 36
  • Hollandiya – 33
  • Avstriya – 31
  • Çin – 31
  • ABŞ – 29
  • Səudiyyə Ərəbistanı – 29
  • Sinqapur – 26
  • İngiltərə – 26
  • Azərbaycan – 25
  • Belçika – 25
  • Mayami – 21
  • İtaliya – 20
  • Las Veqas – 17
  • Avstraliya – 17
  • Yaponiya – 15
  • Qətər – 7
  • Monako – 4

Rauf Hacıyev

Şərh əlavə et