FIA-nın qüvvədə olan prosedurlarına əsasən, sıxılma dərəcəsi ətraf mühit temperaturunda, statik şəkildə ölçülür və Mazzolanın fikrincə, bundan sonrakı məqamlar artıq mühəndislik tapıntısıdır.
Luici Mazzola mövzu ilə bağlı bunları deyib: “Vacib məqamı anlamaq lazımdır: reqlamentdəki ‘boz zona’ qaydaları pozmayan sahədir və bu da o deməkdir ki, icazəlidir. Heç kim bilərəkdən qaydaları pozmaz, çünki bu halda dərhal diskvalifikasiya olunarsan. ‘Boz zona’ özlüyündə qanunidir və yeni həll tapıb ondan səmərəli istifadə edə bilən hər kəs üçün sevinirəm.
Reqlamentdə açıq şəkildə qeyd olunub ki, ölçmə normal ətraf mühit temperaturunda aparılır və bu şərtlər daxilində heç bir pozuntu yoxdursa, deməli hər şey ədalətlidir.
Qaydalar mühəndislərin azadlığını ciddi şəkildə məhdudlaşdırır, lakin məhdudiyyətlər nə qədər çoxdursa, bir o qədər də çıxılmaz vəziyyət yaranır. Mən bu halı pozuntu hesab etmirəm, əksinə, bunu düşünüb həyata keçirə bildikləri üçün onları təbrik etmək lazımdır”.




Şərh əlavə et