Son günlərdə bir neçə mənbə tərəfindən səsləndirilən iddialara görə Mercedes mühərrik soyuq vəziyyətdə olarkən FIA tərəfindən aparılan yoxlamalarda 16:1 yanacaq sıxılma limitinə əməl edib, lakin mühərrik iş temperaturuna çatdıqdan sonra bu nisbət faktiki olaraq 18:1 səviyyəsinə yüksəlir.
Bu iddialarda Red Bull-un adı Mercedes-lə birlikdə hallanıb. The Race nəşrinin məlumatına əsasən, bu sıxılma həddindən hər iki komandanın dövrə başına təxminən 0,4 saniyə üstünlük əldə edə biləcəyi irəli sürülüb.
Əgər bu fərq təsdiqlənərsə, sözügedən sistemi tətbiq etməyən istehsalçılar üçün 2026-cı il mövsümü başlamadan faktiki olaraq bitmiş sayılacaq. Çünki homologasiya məhdudiyyətlərinə görə mühərrik arxitekturasında əsaslı dəyişikliklər etmək üçün 2027-ci ili gözləmək lazımdır.
Digər tərəfdən isə bəziləri düşünür ki, bu vəziyyət həddən artıq şişirilir. Hazırda heç bir mühərrik birbaşa rəqiblərlə müqayisə edilməyib və nəzəri üstünlüklərin praktikada mütləq üstünlüyə çevrilib-çevrilməyəcəyi qeyri-müəyyən olaraq qalır.
Bununla belə bu mövzu mövsümöncəsi gündəmi formalaşdırmağa davam edir.
Əgər mövsümün açılış yarışı olan Avstraliya Qran Prisində gözlənilən etirazlar baş verərsə, mübahisənin daha böyük miqyas alacağı istisna edilmir.




Şərh əlavə et