Daha əvvəl yazmışdıq ki, Ferrari 23 yanvar tarixində Fyorano trasında jurnalistləri toplayacaq, yeni maşını təqdim edəcək və onun adını açıqlayacaq. İndi isə məlum olub ki, həmin gün yeni bolid trasda yalnız şou yürüş çərçivəsində görünəcək və bu yürüşün məsafəsi sadəcə 15 kilometrdir.
Çəkiliş günü çərçivəsində isə 200 kilometr məsafə qət etmək mümkündür, ancaq Ferrari tələsmək istəmir. Komandada əvvəlcə etibarlılıq məsələlərinin tam yoxlanılmasını üstün tutublar. Etibarlılıq üzərində əsas işlər Barselonada keçiriləcək ilk testlərdə aparılacaq, çəkiliş günü isə daha sonrakı tarixə planlaşdırılıb.




Şərh əlavə et