Xəbəri Kokpitdə Oxuyun!

H.Marko rəsmən ayrılıb

Helmut Marko yenilənmiş şirkət qeydlərinə əsasən Red Bull Racing və Red Bull qrupuna daxil olan bütün şirkətlərdəki direktor vəzifələrindən rəsmi şəkildə uzaqlaşdırılıb.

Yenilənmiş Companies House sənədləri Markonun Red Bull Racing, Red Bull Advanced Technologies, Red Bull Advanced Services və Red Bull Powertrains şirkətlərindəki direktorluq səlahiyyətlərinin başa çatdığını təsdiqləyib.

Onun yerinə, uzun illərdir Red Bull strukturlarında çalışan Alister Ryu icraedici olmayan direktor (non-executive director) vəzifəsinə təyin olunub.

Helmut Marko Red Bull-un 2005-ci ildə Formula 1-ə daxil olmasından bəri komandanın ən təsirli fiqurlarından biri olub. Bu dövrdə Red Bull ümumilikdə 14 dünya çempionluğu qazanıb.

Həmin uğurlar arasında Sebastyan Fettelinin 2010–2013-cü illər arasında əldə etdiyi dörd Sürücülər Çempionluğu, eləcə də Maks Ferstappenin 2021–2024-cü illər arasında qazandığı dörd dünya çempionluğu yer alıb.

Bundan əlavə, Red Bull bu müddət ərzində altı dəfə Mühəndisləe Kubokunu da əldə edib.

Rauf Hacıyev

Şərh əlavə et