Xəbəri Kokpitdə Oxuyun!

Williams seçim edib

Williams komandası testlərdə istifadə edəcəyi rəng çalarına qərar verib.

Formula 1-in 2026-cı il mövsümü ərəfəsində keçiriləcək ilk qış testlərinə bir aydan bir qədər çox vaxt qalıb. Testlərin ilk mərhələsi 26–30 yanvar tarixlərində Barselonada baş tutacaq və hər komanda mövcud beş gündən üçündə trasa çıxacaq və günləri özü müəyyənləşdirəcək.

Ötən həftə Williams komandası rəsmi saytında səsvermə başladaraq, azarkeşlərə testlər üçün maşının rəng çalarlarını seçmək imkanı təqdim edib. Ümumilikdə altı fərqli variant səsverməyə çıxarılıb və bu gün Williams ən çox səs toplayan dizaynı nümayiş etdirib.

Aleks Elbon və Karlos Saynsın 2026-cı il mövsümündə sürəcəkləri maşının tam rəsmi rəng çalarları isə təqdimat günündə açıqlanacaq. Təqdimatın tarixi hələlik elan olunmayıb.

Rauf Hacıyev

Şərh əlavə et