Xəbəri Kokpitdə Oxuyun!

H.Marko Fettellə Ferstappeni müqayisə edib

Helmut Marko Red Bull Racing-ə dördqat Dünya Çempionları – Sebastyan Fetteli və Maks Ferstappeni gətirib. Avstriyalı mütəxəssis Almaniyanın Merkur nəşrinə verdiyi müsahibədə bu iki sürücünü və onların işə yanaşmasını müqayisə edib.

Kokpit.az xatırladır ki, hər iki sürücü də Red Bull-un Sürücü Akademiyasında yetişib. Sebastyan Fettel 2010-2013-cü illərdə, Maks Ferstappen isə 2021-2024-cü illərdə dörd titul qazanıblar.

Helmut Marko: “Fettelin yanaşması daha çox analitik idi. O, saatlarla mühəndislərlə birlikdə çalışaraq maşından maksimum sürəti necə əldə etməyin yollarını axtarırdı.

Maks isə daha çox təbii instinktlərinə güvənir. Amma zamanla o da yetkinləşib və artıq nə istədiyini dəqiq bilən, komandanı arxasınca apara bilən sürücüyə çevrilib.

Ferstappen xüsusi sürücüdür. Çox sürətlidir, son dərəcə istedadlıdır və maksimum dərəcədə fokuslanıb. Digər heç bir sürücü ilə bu qədər tam və ahəngdar əməkdaşlığım olmayıb. Onun sarsılmaz dəyərləri var ki, bunlar adətən yaxşı insanlara xas olur. Belə xüsusiyyətlərin bir arada olması isə olduqca nadir haldır”.

Rauf Hacıyev

Şərh əlavə et