Xəbəri Kokpitdə Oxuyun!

Mercedes 2026-cı il motorunu işə salıb

Gələn mövsümdən etibarən Formula 1 yeni nəsil güc qurğularına keçəcək. Əsas struktur dəyişməz qalacaq: 1,6 litrlik, V formalı 6 silindrli daxiliyanma mühərriklərinə əsaslanır, lakin onların gücü 550–560 kVt-dan 400 kVt-a endirilib. Bunun əvəzində ERS hibrid sisteminin gücü 120 kVt-dan 350 kVt-a qədər artırılıb.

2014-cü ildən bəri istifadə olunan mühərriklərlə müqayisədə ən vacib konstruktiv fərq ondan ibarətdir ki, yeni güc qurğularında MGU-H motor-generatoru yer almır. Bundan əlavə, daxiliyanma mühərrikləri yalnız bərpa olunan mənbələrdən əldə edilən tam sintetik yanacaqla işləyəcək.

Ötən həftə Honda yeni nəsil güc qurğusunun səsini nümayiş etdirən video yayımlayaraq bunu edən ilk istehsalçı olub. Bu gün isə Mercedes 2026-cı il mühərrikinin səs yazısını təqdim edib. Yayımlanan materiallara əsasən, Honda və Mercedes mühərriklərinin səslənməsi bir-birindən müəyyən qədər fərqlənir.

Rauf Hacıyev

Şərh əlavə et