O, FIA-nın Cenevrədə yerləşən ofisində icraçı direktor Alberto Vilyarrealın rəhbərliyi altında fəaliyyət göstərəcək.
Buna qədər Tomas M3 şirkətlər qrupunda maliyyə direktoru vəzifəsində çalışıb və müxtəlif beynəlxalq təşkilatlarda rəhbər maliyyə vəzifələrində 25 ildən artıq təcrübə toplayıb.
FIA-nın prezidenti Məhəmməd ben Sulayem bildirib: “Zərərli illərdən sonra maliyyə sabitliyinə nail olmuş FIA üçün Jan-Fréderiki belə bir mərhələdə komandamızda görməkdən məmnunuq. Onun iri beynəlxalq qurumlarda qazandığı geniş maliyyə idarəetmə təcrübəsi menecmentimizi daha da gücləndirməyə və fəaliyyətimizi qlobal miqyasda modernləşdirməyə kömək edəcək”.
Jan-Fréderik Tomas isə təyinatla bağlı deyib: “Federasiyanın maliyyə gücünü və ambisiyalarını bərpa etdiyi bir dövrdə FIA-ya qoşulmaq mənim üçün böyük şərəfdir. Onun missiyasının həyata keçirilməsinə töhfə verməyi və maliyyə ilə operativ inkişafın növbəti mərhələsində fəal rol almağı səbirsizliklə gözləyirəm”.




Şərh əlavə et