Mükafat pullarının komandalar arasında bölüşdürülməsi üç əsas meyar üzrə aparılıb: Mühəndislər Kubokunda tutulan mövqeyə görə, son on ildəki nəticələri nəzərə alan “uğur bonusu” əsasında və tarixi bonus vasitəsilə. Tarixi bonus yalnız Ferrari-yə şamil olunur. Belə ki, Maranello təmsilçisi 1950-ci ildən etibarən Formula 1-in bütün mövsümlərində iştirak etdiyinə görə əlavə olaraq təxminən 63 milyon dollar qazanıb.
Racingnews365 portalı komandaların yalnız Mühəndislər Kubokundakı mövqelərinə görə əldə edəcəyi ödənişləri təqdim edib. Bu rəqəmlər bonuslar nəzərə alınmadan hesablanıb.
Mühəndislər Kubokunda mövqeyə görə ödənişlər
| Komanda | Tarixi bonus | 2025 üçün ödəniş | 2024 üçün ödəniş |
| Ferrari | 63 mln $ | 141 mln $ | 124 mln $ |
| McLaren | — | 175 mln $ | 133 mln $ |
| Mercedes | — | 164 mln $ | 107 mln $ |
| Red Bull Racing | — | 152 mln $ | 116 mln $ |
| Williams | — | 130 mln $ | 66 mln $ |
| Racing Bulls | — | 119 mln $ | 74 mln $ |
| Aston Martin | — | 107 mln $ | 99 mln $ |
| Haas | — | 96 mln $ | 83 mln $ |
| Sauber | — | 85 mln $ | 58 mln $ |
| Alpine | — | 75 mln $ | 90 mln $ |




Şərh əlavə et