Silverstounda yerləşən komanda 2026-cı il bolidini fevralın 9-da Səudiyyə Ərəbistanında təqdim etməyi planlaşdırır. Lakin bundan təxminən üç həftə əvvəl – yanvarın 20-də yapon motor istehsalçıları Tokioda ayrıca təqdimat keçirəcək. Tədbirdə yeni güc qurğusu nümayiş etdiriləcək və onun 2014-cü ildən (Honda üçün isə 2015-ci ildən) Formula 1-də istifadə olunan mövcud hibrid mühərriklərdən əsas fərqləri izah ediləcək.
Yanvar təqdimatı Honda-nın yarış bölməsinin yeni güc qurğusunun səsini əks etdirən audioyazını paylaşmasından cəmi bir neçə gün sonra elan edilib.
Təqdimatda Honda Motor Co. Ltd.-nin prezidenti Toşihiro Mibe, Formula 1-in prezidenti Stefano Domenikali və Aston Martin komandasının sahibi Lourens Stroll iştirak edəcək. Tədbir onlayn formadayayımlanacaq və şərhlər həm yapon, həm də ingilis dillərində təqdim olunacaq.




Şərh əlavə et