Xəbəri Kokpitdə Oxuyun!

F1 Portuqaliyaya qayıdır

Formula 1, 2027 və 2028-ci il mövsümlərində Portuqaliyanın Portimao trasına geri dönəcək.

Algarve Beynəlxalq trası Zandfortun təqvimdən çıxması ilə yaranan boşluğu dolduracaq.

Portimao əvvəllər pandemiya səbəbindən yenidən tərtib edilmiş və 2020, 202-ci illərdə F1 yarışlarına ev sahibliyi etmişdi. O vaxt keçirilən hər iki yarışı da Mercedes komandasının sürücüsü Lyuis Həmilton qazanmışdı, podiumda isə komanda yoldaşı Valtteri Bottas və Red Bull-dan Maks Ferstappen yer almışdı.

Portuqaliya Qran Prisi F1-in köklü yarışlarından biridir. 2027 və 2028-ci illərlə birlikdə ümumilikdə 20-ci dəfə təşkil olunacaq. Portuqaliya Qran Prisi daha əvvəl 1984-1996-cı illər arasında 13 dəfə Estoril trasında keçirilmişdi. Bundan əvvəl isə 1958-1960-cı illər arasında üç yarış keçirilmişdi, bu yarışların ikisi Porto küçələrində, biri isə Lissabondakı çətin Monsanto Parkında baş tutmuşdu.

Rauf Hacıyev

Şərh əlavə et