Kokpit.az bildirir ki, gələn il idmanda yeni texniki reqlament olacaq və əksəriyyət idmanın bu yeni dövrünsə Mercedes-i favorit olaraq görür.
Toto Volff: “Biz heç vaxt özümüzdən arxayın olmuruq. Bizim üçün stəkan heç vaxt yarıya qədər dolu olmur, əksinə həmişə yarısı boşdur.
Bu mövsümün ən güclü komandası Mercedes mühərriklərindən istifadə edən McLaren olub. Buna görə də, hətta bizim güc qurğumuz ən yaxşısı olsa belə, özümüzü favorit adlandırmayacağıq, çünki hələ Williams, McLaren və Alpine-i geridə qoymalı olacağıq.
Bu komandaların bəzilərinin aerodinamik boruda işləmək üçün daha çox vaxtı var, çünki Mühəndislər Kubokunda daha aşağı yerlərdə qərarlaşıblar. Bu da onlara bizim nəzərimizdən qaçmış hansısa yeniliyi tapmaq imkanı verə bilər. Mercedes mühərriki ən güclü olsa belə, heç nə əvvəlcədən təmin olunmuş sayılmır.
Bundan əlavə, üstünlüyümüz olduğu ilə bağlı söz-söhbətlər həmişə təhlükəlidir. Çünki başqa bir komanda, başqa bir mühərrik istehsalçısı və ya yanacaq təchizatçısı deyə bilər: ‘Yaxşı, siz özünüzü favorit sayın, amma biz artıq gəlirik’. Məhz buna görə də biz bu cür şayiələrə diqqət yetirmirik”.




Şərh əlavə et