Audi F1-dəki adını açıqlayıb

Audi F1-dəki adını açıqlayıb
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Gələn mövsümdən Formula 1-də Sauber-i əvəz edəcək Audi-nin baza komandası rəsmi adını və 2026-cı il mövsümü üçün maşının rəng çalarlarının təqdimat tarixini açıqlayıb.

Kokpit.az bildirir ki, alman təmsilçisi maliyyə-texnologiya şirkəti Revolut ilə strateji tərəfdaşlıq çərçivəsində Audi Revolut F1 Team adını alıb.

Audi-nin təqdimat mərasimi 20 yanvar tarixində Berlində keçiriləcək. Komandanın mətbuat xidməti bildirib ki, tədbir çərçivəsində  Audi brendinin əsas dəyərləri — aydınlıq, texniki mükəmməllik və emosiyalar ön plana çıxarılacaq.

Audi-nin İdarə Heyətinin sədri Gernot Döllner bunları deyib: “Audi Revolut F1 Team adının və loqotipinin təqdim olunması avtoidmandakı zirvəyə doğru yolumuzda növbəti mühüm mərhələni simvolizə edir. Bu iki element ambisiyalarımıza aydın identiklik qazandırıb, güclü baxışı və yenilikçi ruhu əks etdirib.

İndi isə yanvar ayında Berlində keçiriləcək tədbiri səbirsizliklə gözləyirik, çünki məhz orada Audi tarixindəki bu həyəcanverici yeni fəsli rəsmi şəkildə dünyaya təqdim edəcəyik”.

Audi F1 layihəsinin rəhbəri Mattia Binotto bildirib: “Bu elanla biz gördüyümüz inanılmaz işə ad və sima qazandırırıq. Komanda dəqiqlik mədəniyyəti və fasiləsiz irəliyə doğru hərəkət ruhu ilə formalaşıb.

Berlin təqdimatı kollektiv olaraq ilk dəfə bir araya gələcəyimiz tədbir olacaq və biz 2026-cı ildəki debütümüz ərəfəsində dünyanın hər yerindən azarkeşlərimizi bu macəraya qoşulmağa dəvət edəcəyik”.

Komandanın rəhbəri Conatan Vitli isə qeyd edib: “Bu gün layihəmiz rəsmi adını aldı. Audi Revolut F1 Team Almaniya, Böyük Britaniya və İsveçrədəki kollektivlərimizin, eləcə də tərəfdaşlarımızın birləşmiş gücünü təcəssüm etdirir. Hamımız 2026-cı ilə gedən yolda bu ad altında birləşmişik.

Bu, bütün layihəyə əlavə impuls verən və uzunmüddətli ambisiyalarımızı hər kəs üçün daha aydın və hiss olunan edən mühüm mərhələdir”.

Bunları da oxuyun

Şərh əlavə et